
Sosial media fenomeni Danla Bilicin evdə səhhəti anidən pisləşib
Türkiyəli tanınmış sosial media fenomeni Danla Bilic evdə olarkən anidən səhhətində problem yarandığını və təcili tibbi yardım çağırdığını bildirib.
AzadAzərbaycan xəbər verir ki, türkiyəli məşhur sosial media fenomeni Danla Bilic evində olarkən birdən-birə səhhətinin pisləşdiyini açıqlayıb. Bir anlıq ayağının keyidiyini hiss edən fenomen dərhal təcili tibbi yardım xidmətinə müraciət edib.
Bilic həmin anların görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, hazırda səhhətinin nisbətən normallaşdığını, lakin dəqiq diaqnoz üçün həkim müayinələrindən keçəcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, Danla Bilic bədənindəki dolğuları xaric etdirmək məqsədilə indiyədək 9 dəfə cərrahi əməliyyat olunub. O, daha əvvəl etdirdiyi estetik prosedurlara ümumilikdə 300 min dollar xərclədiyini bildirmişdi.




