
Türkiyənin "Sevdam Karadeniz" serialı cəmi iki bölümdən sonra yayımını dayandırır
Türkiyədə böyük ümidlərlə nümayişinə başlanılan "Sevdam Karadeniz" serialı cəmi iki bölüm yayımlandıqdan sonra dərhal final edir.
AzadAzərbaycan xəbər verir ki, Türkiyənin yeni layihələrindən olan "Sevdam Karadeniz" serialının ekran ömrü gözləniləndən xeyli qısa çəkib. Ekran əsərinin yayımının dayandırılması barədə rəsmi qərar qəbul olunub.
Böyük ümidlərlə tamaşaçılara təqdim edilən serialın cəmi iki bölümü işıq üzü görə bilib. Layihənin vaxtından əvvəl yekunlaşması xəbəri çəkiliş heyəti və aktyor heyəti tərəfindən böyük kədərlə qarşılanıb.
Məlumata görə, final qərarını öyrənən çəkiliş komandasının və aktyorların göz yaşlarını saxlaya bilmədiyi bildirilir. Beləliklə, layihə qısa sürən nümayişindən sonra tamaşaçıları ilə vidalaşmaq məcburiyyətində qalıb.




