
Donald Tramp Volodimir Zelenskini G20 sammitinə dəvət edəcək
ABŞ lideri Donald Tramp dekabrda Mayamidə baş tutacaq G20 sammitinə Ukrayna Prezidenti Volodimir Zelenskini qatılmağa dəvətləndirməyi planlaşdırır.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp gələn ay dekabrda Florida ştatındakı Mayami şəhəri yaxınlığında təşkil olunacaq G20 - Böyük İyirmiliyin sammitinə Ukrayna dövlət başçısı Volodimir Zelenskini çağırmaq niyyətindədir.
Jurnalistin Zelenskini bu nüfuzlu tədbirə dəvət edib-etməyəcəyi barədə sualına cavab verən Ağ Ev rəhbəri heç bir problem görmədiyini və bu addımı atacağını təsdiqləyib.
Eyni zamanda, ABŞ Prezidenti Rusiya və Ukrayna arasındakı silahlı münaqişənin yaxın gələcəkdə yekunlaşacağına inandığını da vurğulayıb.




