
Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq olunub
Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təşkil edilməsi haqqında fərman imzalayıb.
Sənədə əsasən, qurumun Əsasnaməsi və strukturu rəsmən təsdiq edilib. Yeni qərara görə, Agentlik Aparatının işçi sayı 66, regional bölmələrin işçi sayı isə 9 ştat vahidi həcmində müəyyənləşdirilib. Eyni zamanda, qurumun tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" adlı büdcə təşkilatının yaradılması qərara alınıb.
Yeni yaradılan Mərkəz dövlət ehtiyatlarının qorunub saxlanılmasını təmin edəcək və bu qurumda 200 ştat vahidi nəzərdə tutulub. Fərmanda Nazirlər Kabinetinə və aidiyyəti qurumlara bir sıra tapşırıqlar verilib, maliyyələşmə və təşkilati məsələlərin tənzimlənməsi istiqamətində addımların atılması qeyd olunub.




