
Əli Əsədov Laos Prezidenti ilə görüşdü
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb. Prezident İlham Əliyev ilə keçirilmiş görüşün və dövlət başçılarının görüşü zamanı qəbul edilmiş birgə bəyanatın Azərbaycan-Laos əlaqələrinin inkişafın
Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb. Prezident İlham Əliyev ilə keçirilmiş görüşün və dövlət başçılarının görüşü zamanı qəbul edilmiş birgə bəyanatın Azərbaycan-Laos əlaqələrinin inkişafına mühüm impuls verəcəyi qeyd olunub. Laos Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirakı qeyd olunub.




