
Əməkdar artist Babək Niftəliyev oğlunu doğum günü münasibətilə təbrik edib
Redaksiya1 dəq oxu
Muğam ifaçısı, Əməkdar artist Babək Niftəliyev sosial şəbəkədə oğlu Ömərin ad günü münasibətilə paylaşım edərək təbriklərini çatdırıb.
Azərbaycanın Əməkdar artisti, tanınmış muğam ifaçısı Babək Niftəliyev sosial şəbəkə hesabında ailəsi ilə bağlı diqqətçəkən paylaşım edib.
Sənətçi oğlu Ömərin doğum günü münasibətilə onun fotosunu izləyiciləri ilə bölüşərək ürək sözlərini qeyd edib. Xanəndə təbrikində "Əziz balam Ömər, doğum günün mübarək olsun. 100 yaşa" sözlərini yazıb.
Qeyd edək ki, Əməkdar artist Babək Niftəliyev üç oğul atasıdır.




