
Erməni deputatın Rusiyaya girişinə qadağa qoyuldu
Ermənistan parlamentinin hakim "Mülki Müqavilə" fraksiyasının deputatı, Səhiyyə məsələləri daimi komissiyasının sədri Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub. Badalyan özünün "Facebook" səhifəsində paylaşım edərək baş verənlər barədə məlumat verib: "Bu gün, oktyabrın 14-də Sankt-Peterburq
Ermənistan parlamentinin hakim "Mülki Müqavilə" fraksiyasının deputatı, Səhiyyə məsələləri daimi komissiyasının sədri Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub. Badalyan özünün "Facebook" səhifəsində paylaşım edərək baş verənlər barədə məlumat verib: "Bu gün, oktyabrın 14-də Sankt-Peterburqa yola düşməyi planlaşdırırdım. Lakin Rusiyaya girişimə icazə verilmədi və bildirildi ki, ölkəyə girişim qadağandır. Səbəbi isə bəlli deyil".




