
Evimizi sevirik, amma qayğısına qalmırıq
Evi hər hadisədən qoruya bilmərik, amma gözlənilməz xərclərdən qoruna bilərik. Ev almaq, təmir etmək və rahat yaşayış məkanı yaratmaq illərlə zəhmət və böyük vəsait tələb edir. Amma yanğın, subasma və digər gözlənilməz hadisələr bir anda ailə büdcəsinə ciddi zərər vura bilər. Son aylarda Keşlə və Ma
Evi hər hadisədən qoruya bilmərik, amma gözlənilməz xərclərdən qoruna bilərik. Ev almaq, təmir etmək və rahat yaşayış məkanı yaratmaq illərlə zəhmət və böyük vəsait tələb edir. Amma yanğın, subasma və digər gözlənilməz hadisələr bir anda ailə büdcəsinə ciddi zərər vura bilər. Son aylarda Keşlə və Masazırda baş verən subasma hadisələri də göstərdi ki, belə risklər heç kimin qapısından yan keçmir. Maraqlıdır, telefonumuzu qoruyucu örtüklə istifadə edir, avtomobilimizi qorumaq üçün tədbirlər görürük. Bəs həyatımızın ən böyük sərmayələrindən biri olan evimiz üçün nə edirik? Əmlak sığortası hadisənin qarşısını almasa da, onun yaratdığı maliyyə yükünü azaltmağa kömək edir. Bunun real nümunələri var. "PAŞA Sığorta" Masallının Köhnə Alvadı kəndində yanğın nəticəsində evi zərər görən sakin üçün 1




