
Gəmi batdı, "iPhone"lar dənizə səpələndi
İranın hücumundan sonra Hörmüz boğazında konteyner gəmisi batıb. Ərəb mediasının yaydığı kadrlarda suya səpələnmiş konteynerlər və kiçik qayıqlarda əşyaları toplamağa çalışan şəxslər görünür. Qayıqlardan birinin "iPhone" qutuları ilə dolu olduğu bildirilir. "Reuters"in dənizçilik sektorundakı mənbəl
İranın hücumundan sonra Hörmüz boğazında konteyner gəmisi batıb. Ərəb mediasının yaydığı kadrlarda suya səpələnmiş konteynerlər və kiçik qayıqlarda əşyaları toplamağa çalışan şəxslər görünür. Qayıqlardan birinin "iPhone" qutuları ilə dolu olduğu bildirilir. "Reuters"in dənizçilik sektorundakı mənbələrə yaydığı məlumata görə, Sinqapur bayrağı altında üzən, 2824 konteyner tutumuna malik "GFS Pride" gəmisi hücum nəticəsində batıb. Sinqapur tərəfi gəmidə yanğın baş verdiyini və 21 nəfərlik heyətin hamısının xilas edildiyini təsdiqləyib.




