
Harvard mütəxəssisləri depressiyaya qarşı ən təsirli qidanı açıqlayıb
Harvard Tibb Məktəbinin apardığı araşdırma qaragilənin beyin kimyasına və əhval-ruhiyyəyə müsbət təsirini üzə çıxarıb.
Harvard Tibb Məktəbi tədqiqatçılarının apardığı və The Journal of Nutrition, Health and Aging jurnalında dərc olunan araşdırma qaragilənin beyin kimyasına və əhval-ruhiyyəyə müsbət təsirini ortaya qoyub.
AzadAzərbaycan xəbər verir ki, yüngül depressiv əlamətləri olan şəxslər üzərində aparılan üç aylıq tədqiqat zamanı hər gün iki stəkan yaban mersini istehlak edən qrupda əhval-ruhiyyənin əhəmiyyətli dərəcədə yaxşılaşdığı müşahidə olunub.
Meyvə bağırsaqda beyinə sakitlik və rahatlıq bəxş edən GABA neyrotransmiterini istehsal edən bakteriya genlərini birbaşa stimullaşdırır.
Mütəxəssislər gündə bir kasa yaban mersini yeməyin zehni dözümlülüyü artırmaq üçün əla təbii dəstək olduğunu vurğulayırlar.




