
Hərbi xidmətdən boyun qaçıran şəxslər barəsində cinayət işləri açıldı
Hərbi Prokurorluq hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərən çağırışçılara karşı cinayət işlərinin başladıldığını açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, Hərbi Prokurorluq ölkədə həqiqi hərbi xidmətdən yayınma hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görüldüyünü bəyan edib.
Məlumata əsasən, çağırış yaşında olan bəzi şəxslər özlərinə xəsarət yetirməklə psixi və ya nevrotik pozuntular simulyasiya edir, həmçinin tibbi göstəriş olmadan müxtəlif cərrahi əməliyyatlara əl ataraq hərbi xidmətdən yayınmağa cəhd göstərirlər.
Hərbi Prokurorluq tərəfindən cari ilin iyul və oktyabr çağırışları zamanı bu qəbildən olan 5 fakt üzrə araşdırmalar aparılıb. Nəticədə Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində qeydiyyatda duran çağırışçılar barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsilə cinayət işləri qaldırılıb və hazırda istintaq davam etdirilir.
Qurum bir daha xatırladıb ki, Vətəni müdafiə etmək hər bir vətəndaşın şərəfli borcudur. Qanunvericiliyə əsasən, üzrlü səbəblər olmadan tibbi şəhadətləndirilmədən, hərbi xidmətdən və ya səfərbərlik çağırışından boyun qaçırmaq cinayət məsuliyyəti yaradır.




