
İdmançı Şükran Soltanov Azərbaycanda cəmi iki ədəd olan lüks avtomobillə görüntüləndi
Tanınmış bloqer və idmançı Şükran Soltanovun ölkədə cəmi iki ədəd olduğu bildirilən lüks "Bugatti" avtomobili ilə çəkilən yeni kadrları sosial şəbəkələrdə böyük maraq yaradıb.
AzadAzərbaycan xəbər verir ki, idmançı və bloqer Şükran Soltanov növbəti dəfə dəbdəbəli avtomobili ilə diqqət mərkəzinə düşüb. O, Azərbaycanda cəmi iki ədəd olduğu iddia edilən qiymətli "Bugatti" markalı nəqliyyat vasitəsinin yanında kadrlar paylaşıb.
Şükran Soltanovun avtomobil kolleksiyası və bu sahədəki paylaşımları sosial şəbəkə istifadəçilərinin daimi müzakirə mövzusuna çevrilib. Bir müddət öncə "Ferrari" markalı maşın alması ilə gündəmə gələn idmançının bu dəfə "Bugatti" ilə görünməsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.




