
Tanınmış müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
Azərbaycan əsilli rusiyalı ifaçı Coniyə (Cahid Hüseynli) nadir genetik Aralıq dənizi qızdırması diaqnozu qoyulub.
Azərbaycan əsilli rusiyalı müğənni Coni kimi tanınan Cahid Hüseynlidə nadir irsi xəstəlik olan Aralıq dənizi qızdırması aşkarlanıb.
Aparılan genetik test nəticəsində 30 yaşlı ifaçıda yüksək hərarət, oynaq, əzələ və qarın ağrısı tutmaları ilə müşayiət olunan xəstəlik müəyyən edilib. Bu patologiya zamanı orqanizm heç bir infeksiya olmadığı hallarda belə yalançı iltihabi tutmalar yaradır.
Qeyd olunub ki, sözügedən xəstəlik ən çox Cənubi Qafqaz və Aralıq dənizi regionunun sakinlərində rast gəlinir və təxminən hər 500-1000 nəfərdən birində müşahidə olunur. Müalicəyə başlayan sənətçinin vəziyyətində əvvəlcə müsbətə doğru irəliləyiş olsa da, sonradan səhhəti yenidən pisləşib və o, hazırda ev şəraitində müalicəsini davam etdirir.
Bununla belə, ifaçının nümayəndələri mətbuata açıqlamalarında onun səhhətində heç bir problemin olmadığını bildiriblər.




