
İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb
Redaksiya1 dəq oxu
Dövlət Sərhəd Xidmətinin keçirdiyi əməliyyat nəticəsində İrandan ölkəmizə qanunsuz yolla gətirilən 6 kiloqramdan çox narkotik vasitə ələ keçirilib.
AzadAzərbaycan xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin cavabdeh olduğu xidməti ərazidə narkotik maddələrin qanunsuz yolla ölkəyə keçirilməsi cəhdinin qarşısı uğurla alınıb.
Oktyabrın 18-də həyata keçirilən sərhəd axtarış və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram təşkil edən narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.
Baş vermiş faktla bağlı müvafiq əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir.




