
Leyla Əliyeva və Arzu Əliyeva Çin səfiri ilə Uşaq Reabilitasiya Mərkəzində olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
AzadAzərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə birgə "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində olublar.
Ziyarət çərçivəsində mərkəzdə yaradılan şərait və reabilitasiya prosesi ilə tanışlıq baş tutub.
Leyla Əliyeva özünün rəsmi sosial şəbəkə hesabında mərkəzə edilən səmimi başçəkməyə və uşaqlara təqdim olunan hədiyyələrə görə Çin Xalq Respublikasının səfirinə təşəkkürünü ifadə edib.




