
Murat Bozun da olduğu studiya suyun altında qaldı
İstanbulda baş verən şiddətli yağışlar səbəbindən Ayazağa bölgəsində yerləşən "Cendere Phoenix" studiyasını su basıb. Sənətçi sosial media hesabında canlı yayım açaraq AFAD, bələdiyyə və İstanbul Yanğından Mühafizə Xidmətindən təcili təxliyə olunmaları üçün kömək istəyib: "Təcili vəziyyət olduğu üçü
İstanbulda baş verən şiddətli yağışlar səbəbindən Ayazağa bölgəsində yerləşən "Cendere Phoenix" studiyasını su basıb. Sənətçi sosial media hesabında canlı yayım açaraq AFAD, bələdiyyə və İstanbul Yanğından Mühafizə Xidmətindən təcili təxliyə olunmaları üçün kömək istəyib: "Təcili vəziyyət olduğu üçün canlı yayın açmaq məcburiyyətində qaldım. Heyətlə birlikdə Ayazağada, "Phoenix" studiyasında çarəsiz qalmışıq. Yolu 2 metr su basıb, maşınlar üzür. Olduğumuz studiyaya da su dolmaqda davam edir, olduğumuz yerdən tərpənə bilmirik".




