
"Necə də möcüzəvi bir gecədir!"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında qazanılan tarixi qələbədən sonra sosial şəbəkə hesabında emosional paylaşım edib. "Həmin Çempionlar Liqası hissiyyatı! "Sabah" üçün necə də möcüzəvi bir gecədir!!! Klub tarixində Bakıda ilk ÇL ev oyunu, vurulan ilk qol, toxunulmaz q
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında qazanılan tarixi qələbədən sonra sosial şəbəkə hesabında emosional paylaşım edib. "Həmin Çempionlar Liqası hissiyyatı! "Sabah" üçün necə də möcüzəvi bir gecədir!!! Klub tarixində Bakıda ilk ÇL ev oyunu, vurulan ilk qol, toxunulmaz qalan qapı, ÇL-də və Olimpiya stadionunda ilk qələbə!" – deyə Dambrauskas paylaşımında vurğulayıb. Xatırladaq ki, "Sabah" komandası Bakı Olimpiya Stadionunda keçirilən matçda "Slaviya" üzərində qazandığı 2:0-lıq tarixi nəticə ilə Çempionlar Liqasındakı ilk qələbəsini rəsmiləşdirib.




