
Salyanda dəhşətli ailə münaqişəsi: Bir nəfər öldü, iki nəfər yaralandı
Salyan rayonunun Sarvan kəndində ailə münaqişəsi zamanı bir nəfər həyatını itirib, iki şəxs ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
AzadAzərbaycan xəbər verir ki, Salyan rayonunun Sarvan kəndində ailə daxilində ağır cinayət hadisəsi baş verib. Meydana gələn münaqişə nəticəsində eyni ailənin üç üzvü bıçaqlanıb.
Məlumata görə, evin oğlu öz valideynlərinə və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Zərbələr nəticəsində ana aldığı ağır yaralardan yerindəcə dünyasını dəyişib.
Hadisə zamanı ağır xəsarət alan digər iki ailə üzvü – 1966-cı il təvəllüdlü Ağabala Ramazan oğlu İsmayılov və gəlini, 1988-ci il təvəllüdlü Təranə Bahadır qızı İsmayılova təcili xəstəxanaya yerləşdiriliblər.
Qanlı olayın başvermə səbəbləri hələ ki dəqiq məlum deyil. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı genişaraşdırma aparılır.




