
Ordubadda sahibkarın obyektinə zərər vuran şəxs polis tərəfindən saxlanıldı
Redaksiya1 dəq oxu
Ordubad rayonunun Vənənd kəndində sahibkara məxsus obyektin ərazisinə ağır texnika ilə ziyan vuran şəxs müəyyən edilərək saxlanılıb.
AzadAzərbaycan xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində yerləşən sahibkara məxsus obyektin qarşısındakı sahəyə ağır texnikanın köməyi ilə ziyan vurulması hadisəsi baş qaldırıb.
Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb və lazımi tədbirlər görülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz əməli törədən S.Qafarov saxlanılıb.
Faktla əlaqədar cinayət işi qaldırılıb və araşdırma prosesi davam etdirilir.




