
Yaponiyanın şərq sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb
Redaksiya1 dəq oxu
Yaponiyanın Honsü adasının şərq sahillərində 6,1 maqnitudalı yeraltı təkanlar baş verib.
Yaponiyanın Honsü adasının şərq sahilləri yaxınlığında 6,1 maqnitudalı güclü zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən, təbii fəlakətin episentri təxminən 100 min əhalisi olan Narita şəhərindən 199 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və ya hər hansı dağıntı barədə h hələ ki məlumat daxil olmayıb. Mütəxəssislər tərəfindən sunami təhlükəsinin də elan edilmədiyi bildirilib.




