
Öz ölkəsində qadınların hüquqlarını qorumayanlar
Türkiyə mediasında son günlər Azərbaycana qarşı səsləndirilən ittihamlar iki ölkə arasındakı münasibətlər, təhsil siyasəti və dünyəvilik prinsipləri ətrafında yeni müzakirələrə yol açıb. Məktəblərdə vahid geyim qaydaları ilə bağlı birtərəfli ittihamlardan daha çox, Azərbaycanın qanunvericiliyi, təhs
Türkiyə mediasında son günlər Azərbaycana qarşı səsləndirilən ittihamlar iki ölkə arasındakı münasibətlər, təhsil siyasəti və dünyəvilik prinsipləri ətrafında yeni müzakirələrə yol açıb. Məktəblərdə vahid geyim qaydaları ilə bağlı birtərəfli ittihamlardan daha çox, Azərbaycanın qanunvericiliyi, təhsil siyasəti və dünyəvi dövlət prinsipləri nəzərə alınmalıdır. Son hadisələr fonunda Türkiyənin ayrı-ayrı siyasi dairələrinin və media nümayəndələrinin Azərbaycanla bağlı tənqidləri də müzakirələrin əsas mövzularından birinə çevrilib. Ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışan, insan hüquqlarının pozulduğunu iddia edən bəzi xarici siyasi dairələrin və media nümayəndələrinin yanaşması bir sıra suallar doğurur. Maraqlıdır ki, Azərbaycanda insan hüquqlarının vəziyyətindən danışan bəzi dairə




