
Pakistanda dərs zamanı faciə
Pakistanın Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində 32 şagird və bir müəllim həyatını itirib, 20 nəfər yaralanıb. Yerli xəstəxananın sözçüsü Məhəmməd Asim bildirib ki, yaralılardan bəziləri müalicədən sonra evə buraxılıb. Başından xəsarət alan üç şagirdin müalicəsi isə davam edir.
Pakistanın Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində 32 şagird və bir müəllim həyatını itirib, 20 nəfər yaralanıb. Yerli xəstəxananın sözçüsü Məhəmməd Asim bildirib ki, yaralılardan bəziləri müalicədən sonra evə buraxılıb. Başından xəsarət alan üç şagirdin müalicəsi isə davam edir. Xəstəxanada yaralılara yardım göstərilməsi üçün fövqəladə vəziyyət elan edilib. Səlahiyyətlilər dağıntılar altında qalan şagirdlərin xilas edildiyini və ərazidə başqa yaralıların olmadığını açıqlayıblar. Həlak olan və yaralanan uşaqların 14 yaş və daha kiçik olduğu bildirilir.




