
Polad Bülbüloğlu Tünzalə Ağayevaya “Gəl ey səhər” ifasına görə təşəkkür edib
Redaksiya1 dəq oxu
Xalq artisti Polad Bülbüloğlu tanınmış müğənni Tünzalə Ağayevanın onun “Gəl ey səhər” mahnısına yeni nəfəs verməsindən məmnunluğunu ifadə edib.
Azərbaycan musiqisinin tanınmış siması, Xalq artisti Tünzalə Ağayeva dahi sənətkar Polad Bülbüloğlunun repertuarına müraciət edərək onun məşhur “Gəl ey səhər” əsərini yenidən səsləndirib.
Bəstəkar bu ifadan duyduğu məmnunluğu bölüşərək, həmkarının işinə hər zaman peşəkarlıqla yanaşdığını vurğulayıb.
O, Tünzalə Ağayevanın mahnıya xüsusi həssaslıq və sevgi qatdığını qeyd edərək yaradıcılığına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.




