
Tanınmış sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Kino aləminin tanınmış simalarından olan sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında dünyasını dəyişib.
Sovet və Rusiya kinosunun məşhur simalarından olan aktrisa Lidiya Fedoseyeva-Şukşina dünyasını dəyişib. Yaşlı sənətçi 88 yaşında ömrünü başa vurub.
Lidiya Fedoseyeva-Şukşina 25 sentyabr 1938-ci ildə Leninqradda doğulub. İncəsənət təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda alan aktrisa zəngin yaradıcılıq yolu keçərək müxtəlif illərdə onlarla ekran əsərində yaddaqalan obrazlar yaradıb.
Karyerası ərzində bir çox məşhur layihələrdə yer alan sənətçi "Sverstnitsı", "12 stul", "Sən heç yuxuda da görməzdin...", "Demidovlar", "Vivat, qvardiyaçılar!" filmləri və "Peterburq sirləri" serialındakı rolları ilə tamaşaçıların sevgisini qazanıb.




