
Qazaxda məktəbli tərəfindən bıçaqlanan şəxsin təfərrüatı bəlli olub
Qazax rayonunun Yuxarı Salahlı kəndində 33 yaşlı kişi məktəbli tərəfindən bıçaqlanıb. Yaralının tanınmış şair Səməd Vurğunun qohumu olduğu üzə çıxıb.
Qazax rayonunda 33 yaşlı yerli sakin Xanlar Vəkilovun bıçaqlanması ilə nəticələnən insidentin təfərrüatları üzə çıxıb. Hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Məlumata əsasən, münaqişə tərəflər arasındakı qarşılıqlı narazılıq və söyüş səbəbindən başlayıb. Xanlar Vəkilov orta məktəb şagirdini təhqir edib, bunun ardınca yeniyetmə evdən götürdüyü bıçaqla ona xəsarət yetirib.
Yaralı dərhal tibb müəssisəsinə çatdırılıb və onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Araşdırmalar zamanı məlum olub ki, bıçaqlanan Xanlar Vəkilov Azərbaycanın mərhum xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.




