
Qazaxıstana vizasız səfər edənlər üçün
Qazaxıstan hökuməti ölkəyə vizasız səfər edən xarici ölkə vətəndaşları üçün yeni giriş qaydalarını təsdiqləyib. İcazəni əvvəlcədən, yəni Qazaxıstan sərhədini keçməzdən azı 72 saat əvvəl almaq lazım gələcək. Ödənişsiz olacaq bu sənəd 180 gün müddətində etibarlı sayılacaq və bu dövr ərzində ölkəyə bir
Qazaxıstan hökuməti ölkəyə vizasız səfər edən xarici ölkə vətəndaşları üçün yeni giriş qaydalarını təsdiqləyib. İcazəni əvvəlcədən, yəni Qazaxıstan sərhədini keçməzdən azı 72 saat əvvəl almaq lazım gələcək. Ödənişsiz olacaq bu sənəd 180 gün müddətində etibarlı sayılacaq və bu dövr ərzində ölkəyə bir neçə dəfə səfər etməyə imkan verəcək. Bununla yanaşı, icazənin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, 2026-cı il noyabrın 1-dən sistem Aktau beynəlxalq hava limanında və Rusiya ilə sərhəddəki dörd avtomobil buraxılış məntəqəsində işə salınacaq. Astana və Almatı hava limanları 2027-ci il yanvarın 1-dən, ölkənin bütün digər buraxılış məntəqələri isə 2027-ci il martın 1-dən sistemə əlavə olunacaq.




