
Vladimir Putinin 2026-cı ildə Federal Məclisə müraciəti ləğv olunub
Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Federal Məclisə illik mesajla çıxış etməyi planlaşdırmır.
Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Federal Məclisə mesaj elan etməyi nəzərdə tutmur. Dövlət başçısı bu qərarın səbəbləri barədə heç bir açıqlama verməyib. Kreml sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Rusiya lideri bunu məqsədəuyğun hesab edəcəyi zaman çıxış edəcək.
Qeyd edək ki, ölkə Konstitusiyasının 84-cü maddəsi prezidentə hər il Federal Məclisə müraciət etmək, mövcud vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında danışmaq öhdəliyi qoyur. Xatırladaq ki, Putin oxşar addımı 2025-ci ildə də atmışdı.
Bundan əlavə, Rusiya rəhbəri 2022-ci ildə də Ukraynaya hücumdan dərhal sonra Federal Məclisə müraciət etməmişdi. O zaman bunu hadisələrin həddindən artıq dinamik inkişaf etməsi və gələcək üçün konkret planların müəyyənləşdirilməsinin çətinliyi ilə əsaslandırmışdı.
Putinin son belə müraciəti 2024-cü ilin fevral ayında baş tutmuşdu. Moskvanın müasir tarixində 29-cu, Putinin isə prezident kimi fəaliyyətində 19-cu olan həmin çıxış zamanı Qərblə qarşıdurma, Ukraynadakı müharibə və silahlanma məsələləri müzakirə olunmuşdu.




