
Rusiya ordusuna qoşulan ukraynalıların əmlakı müsadirə olunub
Ukrayna hakimiyyəti Çerniqov vilayətini tərk edərək Rusiya Silahlı Qüvvələrinin sıralarına qoşulan vətəndaşların əmlakını müsadirə edir. Məlumata görə, söhbət Qorsk kəndindən olan 34 yaşlı Vasily Brojko və 29 yaşlı Nikolay Prusdan gedir. Brojko Rusiya ordusunda xidmət edərək Donetsk vilayətində Ukra
Ukrayna hakimiyyəti Çerniqov vilayətini tərk edərək Rusiya Silahlı Qüvvələrinin sıralarına qoşulan vətəndaşların əmlakını müsadirə edir. Məlumata görə, söhbət Qorsk kəndindən olan 34 yaşlı Vasily Brojko və 29 yaşlı Nikolay Prusdan gedir. Brojko Rusiya ordusunda xidmət edərək Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak edib. Ukrayna məhkəməsi onu əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edib. Digər şəxs – Nikolay Prus isə "xüsusi hərbi əməliyyat" başlayana qədər mişarxanada çalışıb. Mənbənin bildirdiyinə görə, o, Rusiya hərbçilərinə köməklik göstərib və yerli sakinləri Rusiyanın lehinə təbliğ edib. Daha sonra Rusiyaya köçərək hərbi xidmətə başlayıb, Luqansk və Xarkov vilayətindəki döyüşlərdə iştirak edib.




