
Şamaxıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirildi
15 oktyabr 2026-cı il tarixində Şamaxıda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Şamaxı Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə öncə Azərbaycan Respubli
15 oktyabr 2026-cı il tarixində Şamaxıda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Şamaxı Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk




