
Tbilisinin Vağzal meydanı yaxınlığındakı piyada körpüsündə yanğın söndürüldü
Redaksiya1 dəq oxu
Gürcüstanın paytaxtı Tbilisidə piyada körpüsündə baş verən güclü yanğın operativ şəkildə söndürülüb, xəsarət alan yoxdur.
AzadAzərbaycan xəbər verir ki, Tbilisidə "Vağzal meydanı" ərazisində yerləşən piyada körpüsündə qeydə alınan yanğın tam aradan qaldırılıb.
Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin yaydığı məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Araşdırmalar zamanı məlum olub ki, alov körpüdə yerləşən ticarət obyektlərindən birində başlayıb və qısa müddətdə ətrafa yayılıb.
Alovun söndürülməsi əməliyyatına onadək yanğınsöndürmə texnikası cəlb olunub.




