
Türkiyəli siyasətçi Dövlət Baxçalı Azərbaycana dəvət edilib
MHP sədri Dövlət Baxçalının Azərbaycana səfər etməsi ilə bağlı dəvət alınıb və hazırda bu məsələ müzakirə olunur.
AzadAzərbaycan xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycana dəvət olunub.
Bu barədə MHP sədrinin baş müşaviri və İdarə Heyətinin üzvü Əsma Özdaşlı açıqlama verib.
Onun sözlərinə görə, Baxçalının hazırkı iş qrafiki olduqca sıxdır, lakin yaxın günlərdə Azərbaycana səfər etməsi imkanları nəzərdən keçirilir və bununla bağlı yekun qərar qəbul olunacaq.
Söhbət zamanı Əsma Özdaşlı Türkiyənin hər zaman Azərbaycana dəstək verdiyini vurğulayıb. O qeyd edib ki, iki ölkə arasındakı dostluq əlaqələri sarsılmaz və toxunulmazdır, heç kəs bu münasibətlərə xələl gətirə bilməz.




