
Ukrayna Rusiya obyektlərinə Britaniya dronları ilə hücum edibmiş
Ukrayna Silahlı Qüvvələri Qara dənizdə, o cümlədən Soçi yaxınlığındakı Rusiya obyektlərinə hücum etmək üçün Böyük Britaniyanın insansız katerlərindən istifadə edib. Nəşrin bildirdiyinə görə, Ukrayna hərbçiləri Qara dənizin blokadası üçün Britaniyanın "Kraken Technology" şirkəti tərəfindən istehsal o
Ukrayna Silahlı Qüvvələri Qara dənizdə, o cümlədən Soçi yaxınlığındakı Rusiya obyektlərinə hücum etmək üçün Böyük Britaniyanın insansız katerlərindən istifadə edib. Nəşrin bildirdiyinə görə, Ukrayna hərbçiləri Qara dənizin blokadası üçün Britaniyanın "Kraken Technology" şirkəti tərəfindən istehsal olunan "K3 Scout" dəniz dronlarından istifadə ediblər. Böyük Britaniyanın bu katerlərdən 20 ədəd satın aldığı, lakin onlardan neçəsinin Ukraynaya təhvil verildiyinin məlum olmadığı qeyd edilir. Qeyd edək ki, "K3 Scout" dronları saatda 55 dəniz mili sürət yığmaq və 650 dəniz mili (təxminən 1,2 min km) məsafəni qət etmək qabiliyyətinə malikdir. Bundan əlavə, modul konstruksiyası bu dəniz dronlarından yüzlərlə hava PUA-sının buraxılması üçün platforma kimi istifadə etməyə imkan verir.




