
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb?
Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi uşaq bağçasında azyaşlı yıxılaraq xəsarət alıb. Valideyn Yaqub Yasinov iddia edir ki, azyaşlı övladı oktyabrın 9-da saat 17:04 radələrində "Laləli" körpələr evi-uşaq bağçasında tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıx
Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi uşaq bağçasında azyaşlı yıxılaraq xəsarət alıb. Valideyn Yaqub Yasinov iddia edir ki, azyaşlı övladı oktyabrın 9-da saat 17:04 radələrində "Laləli" körpələr evi-uşaq bağçasında tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıxılaraq xəsarət alıb. Valideynin sözlərinə görə, hadisə nəticəsində uşağın sol qolu iki yerdən sınıb. O, övladına ilkin tibbi yardım göstərilmədiyini, təcili tibbi yardıma müraciət olunmadığını və hadisə barədə ailəsinə məlumat verilmədiyini iddia edir.




