
Vladimir Putinlə İran rəsmisinin qeyri-adi salamlaşması diqqət çəkdi
Redaksiya1 dəq oxu
Rusiya Prezidenti Vladimir Putinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə salamlaşma tərzi gündəm olub.
Rusiya Prezidenti Vladimir Putinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə salamlaşması medianın diqqətindən yayınmayıb.
AzadAzərbaycan xəbər verir ki, Rzayi Kreml rəhbərinin də barmaqlarını tutmaqla salamlaşmağa çalışıb.
Lakin Putin digər əli ilə Rzayinin qolundan yapışaraq, onu əlini açmağa vadar edib, daha sonra isə normal əl sıxıb.
Xatırladaq ki, sentyabrın 29-da Möhsün Rzayinin Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin əlini sıxma tərzi də ciddi reaksiyalar doğurmuşdu.




