
Xersonda yerli sakinlər Rusiya yerinə Ukrayna nəzarətindəki ərazilərə üz tuturlar
Ukraynanın işğal altındakı Xerson vilayətinin Oleşka şəhərindən Rusiya ərazisinə deyil, Ukrayna nəzarətində olan bölgələrə getmək istəyənlərin sayı dəfələrlə çoxdur.
AzadAzərbaycan xəbər verir ki, Xerson vilayətinin Oleşka şəhərindən Ukraynanın nəzarətində olan əraziyə Rusiya tərəfinə nisbətən dörd dəfə çox insan getmək istəyini ifadə edib.
Məlumata görə, Ukrayna tərəfə 17 avtobus yola düşdüyü halda, Rusiya Federasiyasına cəmi dörd avtobus hərəkət edib. Rusların bu vəziyyəti ört-basdır etmək üçün Rusiya istiqamətinə gedən avtobusların pəncərələrini pərdələməyi planlaşdırdığı bildirilir.
Qeyd edilib ki, baş verənlər işğal olunmuş ərazilərdə yerli əhalinin əhval-ruhiyyəsini və gerçək mövqeyini əyani şəkildə nümayiş etdirir.




