
Rusiyalı turistlərin Minsk səfəri müzakirələrə səbəb oldu
Rusiyalı səyahətçilər Belarus paytaxtında üzləşdikləri soyuq münasibət və xoşagəlməz hallardan şikayətləniblər.
Rusiyalı turistlər Belarusdakı soyuq qəbuldan və yerli sakinlərin münasibətindən getdikcə daha çox narazılıq ifadə edirlər. Sosial şəbəkələrdə Minskə səfər edən qonaqların paylaşdığı yazılar yerli əhali ilə yanaşı, internet istifadəçiləri arasında da geniş müzakirələrə yol açıb.
Şikayətçilərdən biri şəhərdə özlərini arzuolunmaz şəxs kimi hiss etdiklərini bildirib. Onun sözlərinə görə, avtobusda gediş haqqının ödənilməsi ilə bağlı suala sürücü kobud şəkildə cavab verib. Digər bir halda isə taksidə sərnişindən susmaq tələb olunub və Rusiya vətəndaşlığı səbəbindən ona mənzil kirayə verilməkdən imtina edilib.
Belaruslu sosial şəbəkə istifadəçiləri məsələyə fərqli yanaşmalar sərgiləyiblər. Bəziləri xidmət sektorunda çalışanların həmişə mehriban olmadığını etiraf etsələr də, digərləri bu cür halların milli zəmində baş vermədiyini, sadəcə şəxsi münasibət və ya davranışlarla əlaqəli ola biləcəyini vurğulayıblar.




