
"44" sadəcə film deyil, gələcək nəsillərə ötürüləcək tarixi yaddaşdır"
2020-ci ildən bəri sentyabrın 27-dən noyabrın 9-dək olan hər gün mənim üçün təkcə tarix deyil, həm də müqəddəs günlərdir. 44 gündən ibarət olan həmin tarix xalqımızın taleyini dəyişən, illərlə qəlbimizdə yaşatdığımız ümidlərin gerçəyə çevrildiyi, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı ilə A
2020-ci ildən bəri sentyabrın 27-dən noyabrın 9-dək olan hər gün mənim üçün təkcə tarix deyil, həm də müqəddəs günlərdir. 44 gündən ibarət olan həmin tarix xalqımızın taleyini dəyişən, illərlə qəlbimizdə yaşatdığımız ümidlərin gerçəyə çevrildiyi, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı ilə Azərbaycanın zəfər salnaməsinin yazıldığı günlərdir. Dünən Heydər Əliyev Mərkəzində nümayiş olunan "44" bədii filmini izləyərkən həmin günləri sanki yenidən yaşadım. Möhtəşəm ekran əsəridir! Həyəcansız, kövrəlmədən baxmaq mümkün deyil. Salondakı insanların əksəriyyətinin gözləri yaşla dolmuşdu. Bu göz yaşlarında həm şəhidlərimizin nisgili, həm qəhrəman oğullarımızla qürur, həm də tarixi zəfərimizin sevinci vardı. "44" sadəcə müharibədən bəhs edən film deyil. Bu, bir xalqın sınmayan iradəsinin,




