
ABŞ hərbi qüvvələri İranın Qeşm adasındakı raket qurğusunu məhv edib
Redaksiya1 dəq oxu
ABŞ təyyarəsi İranın Qeşm adasındakı raket buraxılış qurğusuna zərbə endirərək sıradan çıxarıb.
Amerika Birləşmiş Ştatlarına məxsus hərbi təyyarə özünümüdafiə məqsədilə həyata keçirdiyi əməliyyat nəticəsində İranın Qeşm adasında yerləşən raket buraxılış qurğusunu məhv edib.
Məlumata görə, bu addım İran qüvvələrinin regiondakı ABŞ hərbçilərinə qarşı yer-hava tipli raketlərdən istifadə etməsinə cavab olaraq atılıb.
Bununla yanaşı, nüfuzlu beynəlxalq agentliklər də ABŞ-ın Qeşm adasına zərbə endirdiyini təsdiqləyən xəbərlər yayıblar.
Xatırladaq ki, daha əvvəl həmin adanın cənub bölgəsində iki ədəd ABŞ kəşfiyyat dronunun vurulması barədə məlumatlar yayılmışdı.




