
ABŞ məhkəməsi Trampın 10 milyard dollarlıq iddiasını rədd edib
ABŞ-da federal hakim Donald Trampın "Wall Street Journal" qəzeti və onun ana şirkətinə qarşı qaldırdığı milyardlarla dollarlıq iddianı təmin etməyib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ-da federal hakim keçmiş prezident Donald Trampın "Wall Street Journal" qəzeti və onun ana şirkəti olan "Dow Jones" əleyhinə təqdim etdiyi 10 milyard dollarlıq məhkəmə iddiasını qəbul etməyərək rədd edib.
Məhkəmənin çıxardığı qərara əsasən, Trampın hüquqi nümayəndələri sözügedən mətbu orqanın yazıda həqiqətən də pis niyyət nümayiş etdirdiyini lazımi qaydada sübuta yetirə bilməyiblər.
Məhkəmə çəkişməsinə səbəb "Wall Street Journal" nəşrinin Trampın 2003-cü ildə qalmaqallı maliyyəçi Ceffri Epşteynin 50 illik yubileyi münasibətilə ona məktub ünvanladığını iddia edən məqaləsi olub.




