
ABŞ Moskvada gözlənilən terror aktı ilə bağlı Rusiyaya xəbərdarlıq edib
Rusiya FSB-si ABŞ-dan tərəfdaş kanalları vasitəsilə Moskvada planlaşdırılan terror aktı haqqında məlumat aldığını təsdiqləyib.
AzadAzərbaycan xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfdaşlıq əlaqələri çərçivəsində ABŞ tərəfindən Moskva şəhərində hücum planlaşdırıldığı barədə məlumatlandırılıb.
FSB-nin mətbuat xidmətinin yaydığı məlumata əsasən, hazırda Rusiya xüsusi xidmət orqanları daxil olan xəbərdarlıqla bağlı lazımi təhlükəsizlik tədbirləri həyata keçirirlər.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Rusiyadakı səfirliyi "Tsaritsino" Muzey-Qoruğunda kütləvi insan tələfatına səbəb ola biləcək potensial təhlükə haqqında məlumat aldıqlarını açıqlamış və etibarlı risklər barədə xəbərdarlıq etmişdi.




