
ABŞ Senatına seçilən ilk müsəlman senator ermənipərəst mövqeyi ilə diqqət çəkir
ABŞ Senatına daxil olan ilk müsəlman senator Əbdül əs-Sayed Ermənistana rəğbəti və erməni lobbisinə dəstəyi ilə gündəmə gəlib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ Senatına seçilən ilk müsəlman senator, Demokratlar Partiyasının təmsilçisi Əbdül əs-Sayedin Ermənistana qarşı xüsusi simpatiyası olduğu ortaya çıxıb.
Sosial şəbəkələrdə yer alan məlumatlara görə, yeni senator seçkiqabağı təşviqat dövründə ABŞ-dakı Erməni Milli Komitəsinin (ANCA) ona göstərdiyi dəstəyi xüsusi vurğulayıb. O, Miçiqan ermənilərinin ştatın vacib bir hissəsi olduğunu bildirib.
Əbdül əs-Sayed həmçinin Tramp administrasiyasının Azərbaycana hərbi yardım ayırmasını tənqid edərək, Senatdakı fəaliyyəti dövründə erməni icmasının maraqlarını, təhlükəsizliyini və mövqeyini müdafiə edəcəyini vəd edib.




