
ABŞ vitse-prezidenti Cey Di Vens Hellouin bayramında Dambldor obrazında görünub
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hellouin bayramı münasibətilə müraciət edərək izləyicilərini məşhur film obrazının libasında təbrik edib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ vitse-prezidenti Cey Di Vens Hellouin bayramını maraqlı obrazla qeyd edib. O, tədbirə "Harri Potter" filminin tanınmış qəhrəmanlarından olan Albus Dambldorun geyimində qatılıb.
Siyasətçi bayramla bağlı sosial şəbəkə hesabında bir videoçarx yayımlayıb. Həmin görüntülərdə vitse-prezidentlə yanaşı onun azyaşlı oğlu da yer alıb.
Paylaşımda izləyicilərə müraciət edən Vens onları təbrik edərək xoş arzularını çatdırıb: "Salam! Sizinlə vitse-prezident Dambldor və balaca elf Dobbidir. Hellouin bayramınız mübarək olsun! Şən vaxt keçirin, özünüzü qoruyun və bol-bol konfet yeyin!"




