
Almaniya şirkəti Rusiyanın dəniz donanması üçün pilotsuz gəmi hazırlayır
Almaniyanın müdafiə şirkəti Avropa sularını qorumaq məqsədilə "Vanta 24" adlı pilotsuz gəmi layihəsini həyata keçirir.
Almaniyanın “Stark Defence” müdafiə şirkəti Rusiyanın kölgə donanmasını müşahidə etmək və Avropa sularında sualtı kabelləri qorumaq məqsədilə 24 metrlik “Vanta 24” pilotsuz gəmisini hazırlayır.
Layihəyə əsasən, gəminin ilk dəfə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Su üstü vasitə raket və artilleriya sistemləri daxil olmaqla 64 km/saatdan çox sürət yığa və 50 tona qədər yük daşıya biləcək.
“Stark Defence”in baş direktoru Uve Horstmann bildirib ki, pilotsuz dəniz sistemləri ənənəvi idarə olunan freqatlardan qat-qat ucuz başa gəlir və qısa müddətdə sifarişçilərə təhvil verilə bilər.
Qeyd edək ki, “Vanta 24”ün istehsalı şirkətin Böyük Britaniya və Almaniyadakı bölmələri tərəfindən həyata keçirilir. Dəniz istiqamətinə isə Böyük Britaniya Kral Donanmasının keçmiş sualtı qayıq komandiri rəhbərlik edir.




