
ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova efirdən uzaqlaşma səbəbini açıqlayıb
ANS TV-nin sabiq aparıcısı Gülnarə Məmmədova televiziya karyerasına fasilə verməsi və hazırladığı verilişlər haqqında danışıb.
Bir zamanlar ANS TV-də fəaliyyət göstərərək tamaşaçıların rəğbətini qazanan məşhur aparıcı Gülnarə Məmmədova uzaq qaldığı televiziya fəaliyyəti barədə açıqlama verib. AzadAzərbaycan xəbər verir ki, keçmiş aparıcı həmçinin efir karyerasının ilk illərinə də toxunub.
O, aparıcılıq etdiyi ilk layihələrdən olan "Kamerton" proqramının hazırlıq mərhələləri haqqında danışaraq, hər buraxılışa xüsusi diqqət və məsuliyyətlə yanaşdığını vurğulayıb.
Məlumat üçün bildirək ki, Gülnarə Məmmədova müxtəlif illər ərzində tamaşaçılara "Kamerton"la yanaşı, "Xonça", "Qonaqlıq" və "Zərif çərşənbə" kimi tanınmış verilişləri təqdim edib.
Televiziya sahəsindən uzaqlaşdıqdan sonra ailə həyatı quran kecmiş aparıcı uzun illər Türkiyənin İstanbul şəhərində məskunlaşıb.




