
Azərbaycanda qanunsuz saxlanılan odlu silah-sursat götürülüb
Redaksiya1 dəq oxu
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
AzadAzərbaycan xəbər verir ki, noyabrın 3-də polis əməkdaşları paytaxtda və respublikanın müxtəlif bölgələrində əməliyyat-profilaktik tədbirlər həyata keçiriblər.
Keçirilən tədbirlər nəticəsində vətəndaşlardan qanunsuz olaraq saxlanılan 1 qumbaraatan, 3 qumbara, 1 alışdırıcı və 5 tüfəng aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, bu istiqamətdə nəzarət tədbirləri və qanunsuz silah-sursatın təhvil verilməsi ilə bağlı işlər davam etdirilir.




