
Bakıda Qırğız Respublikasının müstəqillik günü rəsmi qəupla qeyd olunub
Qırğız Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Bakıdakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.
AzadAzərbaycan xəbər verir ki, Qırğız Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi Bakıda rəsmi qəbul təşkil edib. Tədbirdə dövlət və hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, eləcə də qırğız diasporunun nümayəndələri iştirak ediblər.
Mərasimdə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov çıxış edərək dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Səfir Prezident İlham Əliyevin Qırğızıstana səfərinin ikitərəfli əlaqələr tarixində mühüm mərhələ olduğunu bildirib.
Tədbirdə iştirak edən xarici işlər nazirinin müavini Samir Şərifov Azərbaycan hökuməti adından təbriklərini çatdırıb. O, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın uğurla davam etdiyini qeyd edərək, Orta Dəhlizin inkişafının və Ağdamda inşa edilən Ayköl Manas adına məktəbin xüsusi əhəmiyyət daşıdığını bildirib.




