
Bakıda və rayonlarda güclü külək əsəcək: Xəbərdarlıq edildi
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 5-i axşam saatlarından noyabrın 6-sı səhərədək davam edəcək küləkli hava şəraiti ilə əlaqədar rəsmi xəbərdarlıq yayımlayıb.
Açıqlanan məlumata əsasən, narıncı xəbərdarlığa uyğun olaraq Paytaxt Bakı və Abşeron yarımadası ilə yanaşı, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafada şimal-qərb küləyinin sürətinin saniyədə 20.8-28.4 metrədək şiddətlənəcəyi gözlənilir.
Bununla yanaşı, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarında sarı xəbərdarlıq qüvvədədir. Bu ərazilərdə qərb küləyinin sürətinin saniyədə 13.9-20.7 metr təşkil edəcəyi bildirilir.




