
Beyləqan rayonunda gənc usta elektrik cərəyanı vurması nəticəsində ölüb
Redaksiya1 dəq oxu
Beyləqan rayonunda yarımtikilidə işləyən 27 yaşlı usta ehtiyatsızlıq səbəbindən elektrik cərəyanının qurbanı olub.
AzadAzərbaycan xəbər verir ki, hadisə Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində qeydə alınıb.
Oradakı yarımtikililərin birində usta kimi fəaliyyət göstərən, Birinci Şahsevən kənd sakini, 1999-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadəni iş başında ehtiyatsızlıqdan cərəyan vuran zaman ağır xəsarət alıb.
O, dərhal xəstəxanaya tərəf yola salınsa da, aldığı ağır xəsarətlərdən yolda həyatını itirib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.




