
Burak Özçivitin rol aldığı serialın yeni anonsu silinib
Redaksiya1 dəq oxu
Məşhur aktyorun çəkildiyi layihənin təqdimat videosundakı mübahisəli səhnə izləyicilərin sərt tənqidinə səbəb olub.
Türkiyəli tanınmış aktyor Burak Özçivitin baş rolda çəkildiyi "Güneşin Doğduğu Yer" serialının növbəti bölümü üçün hazırlanan tanıtım videosu yayımlandıqdan qısa müddət sonra silinib.
Buna səbəb ekran əsərində qadınlara qarşı zorakılıq elementlərini ehtiva edən kadrların yer alması olub. Bu səhnə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə narazılıq dalğası yaradıb.
Gələn kütləvi tənqidlərdən sonra layihənin yaradıcı qrupu dərhal addım atıb. Mübahisə doğuran həmin görüntülər videodan çıxarılıb və yenilənmiş anons izləyicilərə təqdim olunub.




