
Donald Tramp İrandakı hərbi obyektlərə dair yeni bəyanat verib
ABŞ Prezidenti Donald Tramp İranın nüvə imkanlarının əksəriyyətinin sıradan çıxarıldığını, lakin hələ də diqqət yetirilməli bir neçə obyektin qaldığını bildirib.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində İranın hərbi və nüvə obyektlərinin böyük hissəsinin məhv edildiyini diqqətə çatdırıb.
Bununla belə, Amerika lideri vurğulayıb ki, qarşı tərəfin ərazisində hələ də tam zərərsizləşdirilməmiş bəzi məntəqələr qalmaqdadır.
AzadAzərbaycan xəbər verir ki, Tramp həmin obyektlərin qısa müddətdə sıradan çıxarıla biləcəyini qeyd edib. Onun sözlərinə görə, Vaşinqton Tehranın nüvə imkanlarını artıq əlindən alıb və yerdə qalan bir-iki obyektə nəzarət yetirmək cəmi 10 dəqiqə vaxt apara bilər.




